İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ MİLLİ STRATEGİYA LAYİHƏSİ MÜZAKİRƏ EDİLMİŞDİR
Oktyabrın 23-də Milli Elmlər Akademiyasının akademik Əşrəf Hüseynov adına Kibernetika İnstitutunda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində milli strategiyanın işlənib hazırlanması layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə layihənin milli əlaqələndiricisi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, MEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, MEA-nın fizika, riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi Akif Hacıyev, akademiklər Cəlal Allahverdiyev, Firudin Məmmədov, Fikrət Əliyev, İsmayıl İbrahimov, Hacıbəy Sultanov, habelə hazırda ABŞ-da yaşayan və işləyən soydaşımız, professor Cahangir Babayev iştirak etmişlər.
Layihənin milli əlaqələndiricisi Məleykə Abbaszadə vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin informasiya-kommunikasiya texnologiyaları sahəsində milli strategiyanın hazırlanması və həyata keçirilməsi haqqında imzaladığı Sərəncam dövlətimizin dünya birliyinə daha geniş inteqrasiyası üçün böyük əhəmiyyətə malikdir. O dedi ki, İKT sosial-iqtisadi və coğrafi cəhətdən təcrid olunmaq sədlərini aradan qaldırır, informasiya əldə etmək istifadə imkanını genişləndirir, habelə əhalinin aztəminatlı təbəqəsinin öz həyat tərzinə təsir göstərən qərarların qəbul olunması proseslərinə fəal qoşulmasına kömək edir.
Məleykə Abbaszadə sosial-iqtisadi xarakterli proqramların həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının üstünlükləri barədə ətraflı məlumat verdi.
Sonra layihə ilə bağlı çıxışlar oldu.
Layihənin ümumi dəyəri təxminən 600 min dollardır, bunun yarısını BMT-nin İnkişaf Proqramı maliyyələşdirəcək, digər yarısını isə iştirak payı şəklində Azərbaycan hökuməti ödəyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.02.2026 [12:21]
BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib
- 14.02.2026 [11:37]
BDU-da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır
- 14.02.2026 [02:31]
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir
- 13.02.2026 [17:14]
Bakı Ali Neft Məktəbində innovativ təlim infrastrukturu genişləndirilib
Fransada irqçiliklə mübarizə gücləndiriləcək
- 13.02.2026 [23:57]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [23:08]
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq
- 13.02.2026 [22:41]
Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb
- 13.02.2026 [22:07]