İnformasiya Texnologiyaları İnstitutu: “AzScienceNet” şəbəkəsinin GEANT-ın layihəsinə qoşulması üçün işlər aparılır
Bakı, 3 fevral, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin GEANT-ın “GN4-3N” layihəsinə qoşulması istiqamətində işlər aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihədə 41 milli tədqiqat və təhsil şəbəkəsi, eləcə də 500-dən çox mütəxəssis təmsil olunur. GEANT layihələri Avropa elektron infrastrukturunun təməl elementidir. GEANT milli tədqiqat və təhsil şəbəkəsi tərəfdaşları ilə birlikdə istifadəçilərə hər an və hər yerdə rabitə, hesablama, analiz, saxlama, proqramlara və digər mənbələrə məhdudiyyətsiz giriş imkanı verir. Əsas məqsəd istifadəçilərin Avropadakı tədqiqat infrastrukturlarına və e-infrastruktur mənbələrinə bərabər, yüksək perfomanslı şəbəkə imkanı ilə çıxışını təmin etməkdir.
GEANT-2020 Çərçivə Tərəfdaşlığı Sazişinin bir hissəsi olaraq “GN4-3N” layihəsi Avropa İttifaqının “Horizon-2020” tədqiqat və innovasiya proqramı tərəfindən maliyyələşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:53]
15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir
- 12.06.2026 [12:41]
Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb
- 12.06.2026 [12:36]
“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb
- 12.06.2026 [12:23]
Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir
- 12.06.2026 [11:20]
Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb
- 12.06.2026 [10:34]
Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri
- 12.06.2026 [10:22]
Kembric kvalifikasiya imtahanına qeydiyyat elan edilir
- 12.06.2026 [10:19]