İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı MDB ölkələri alimlərinin III Forumunda iştirak edəcək
Bakı, 16 noyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında institutun beynəlxalq konfranslara hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev bildirib ki, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev noyabrın 24-27 -də Minskdə keçiriləcək MDB ölkələri alimlərinin III Forumunda, eləcə də Belarus Milli Elmlər Akademiyası Birləşmiş İnformatika Problemləri İnstitutu ilə elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək.
Sonra AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək, forumda “Fundamental elmin inkişafının vəziyyəti və perspektivləri”, “Rəqəmsal əsrdə elmi əməkdaşlığın təkmilləşdirilməsi” və “İnnovativ elmi tədqiqatlar” adlı 3 seksiya iclasında bir sıra aktual problemlərin müzakirə olunacağını, müvafiq istiqamətlərdə geniş fikir mübadiləsi aparılacağını söyləyib. O, tədbirdə hər bir MDB üzv ölkəsindən 9 alimin iştirak edəcəyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]