İngilis brendi “Debenhams” fəaliyyətini dayandıracaq
London, 5 may, AZƏRTAC
İngilis brendi “Debenhams” fəaliyyətini dayandıracaq.
AZƏRTAC xəbər verir ki, 1778-ci ildə Londonda qurulan Belfast, Birminqem, Bristol, Mançester, Liverpul, Nyukasl və Svansi kimi şəhərlərdə, həmçinin dünyanın bir çox ölkəsində mağazaları olan şirkət koronavirusa görə tətbiq olunan karantin rejimi zamanı maddi zərbələr alaraq fəaliyyətini dayandırmaq qərarına gəlib.
Şirkət may ayının 15-dən etibarən ölkədəki bütün mağazaların fəaliyyətini dayandıracağını açıqlayıb. Mağazalarda çalışan 12 min nəfər isə işsiz qalacaq.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]