İnklüzivliyin səsini hər kəsə çatdırmaq məqsədilə “Mən də bir ULDUZAM” adlı konsert keçiriləcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Xətai rayon Heydər Əliyev Parkının Amfiteatr səhnəsində “Hello İxtisaslaşdırma və İnkişaf Mərkəzi”, Xətai Rayon İcra Hakimiyyəti və “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin birgə tərəfdaşlığı ilə inklüzivliyin səsini hər kəsə çatdırmaq məqsədilə “Mən də bir ULDUZAM” adlı konsert proqramı həyata keçiriləcək.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunur. İki hissədən ibarət olan proqramda ilk olaraq saat 17:00-dan inklüzivliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası, saat 19:00-da isə həssas qrupdan olan şəxslərin tanınmış müğənnilərlə birlikdə konsert proqramı keçiriləcək.
Layihənin başlıca ideyası əlilliyi olan, irsi qan xəstəliyindən əziyyət çəkən, eyni zamanda digər həssas sosial qruplara aid olan şəxsləri bir araya gətirmək, onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Həmçinin istedad və bacarıqlarını nümayiş etdirmək, onların əl işlərini tanıtmaq, o cümlədən onların əyləncəli bir gün keçirmələrinə xidmət etməkdir.
Tədbirə giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:15]
“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
- 08.06.2026 [17:13]
Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
- 08.06.2026 [16:54]
DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:37]
Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH
- 08.06.2026 [16:16]