Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnnovasiyanın siyasi iqtisadiyyatı

İnnovasiyanın siyasi iqtisadiyyatı

İstanbul Universitetinin bakalavrı Nicat Muradzadə innovasiyanın dövlətin iqtisadi siyasətindəki yeri və rolu ilə bağlı məqaləsini oxucularla bölüşür

Bakı, 24 iyul, AZƏRTAC

İnsan həyatı dinamik bir proses kimi daim yenilik və dəyişikliklərlə müşaiyət olunur. Sözügedən prosesin tərkib hissəsi olan istənilən sfera yaxud spesifik komponent də zaman keçdikcə effektivlik nöqteyi-nəzərindən təkmilləşməyə və ya transformasiyaya zərurət duyur. Bu baxımdan, yüksək səmərəlilik və tərəqqi məqsədilə yeniliyin tətbiqi, başqa sözlə insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim edilməsi innovasiya adlanır. İnnovasiyanın təsir miqyası onun tətbiq sahəsindən, tətbiq edən subyektin növündən, bütövlükdə innovativ aktın özünün formasından birbaşa asılıdır və qeyd edilən amillərə əsasən bir sıra kateqoriyalarda səciyyələnir. İstanbul Universitetinin İdarəetmə fakültəsinin bakalavrı Nicat Muradzadənin məqaləsində inkişafın təkanverici elementi olan innovasiyanın tipləri və onun dövlətin iqtisadi siyasətindəki yeri və rolu tədqiq olunur. AZƏRTAC məqaləni təqdim edir.

İqtisadi proseslərə innovasiyanın elmi cəhətdən inteqrasiyası avstriyalı iqtisadçı Yozef Şumpeterin “İqtisadi inkişaf nəzəriyyəsi” kitabı ilə başlayaraq sonrakı dövrlərdə bir qisim müfəssəl tədqiqatlar əsasında daha da geniş vüsət aldı. Qeyd edilən əsərdə təqdim edilən "Kreativ destruksiya" yaxud “Şumpeter fırtınası” anlayışı, iqtisadi quruluşu fasiləsiz olaraq daxildən dəyişdirən, davamlı olaraq sistemdə mövcud olan köhnə elementi dağıdarkən yenisini formalaşdıran transformasiya prosesini ifadə edir. Belə olan halda, Şumpeterə istinad edərək kapitalist mexanizmlərin hərəkətverici qüvvəsinin innovasiya olduğunu demək mümkündür. Belə ki, kapitalist sistemin mahiyyətini təşkil edən və özəl mülkiyyət prinsiplərinə söykənən sahibkarlıq subyetklərinin rəqabət mühitində öz fəaliyyətlərini qurmaları və zaman-zaman “rəqabət üstünlüyü” amilinin meydana gəlməsi ilə bir subyektin digərini bazar payı baxımından, sıradan çıxarmaqla əvəzləməsi qeyd edilən hipotezi təsdiqləyir. Buna əlavə olaraq, biznes tsiklində iqtisadi böhran anlayışı da əslində reziliyent biznes əməliyyatları apara bilməyən subyektlərin fəaliyyətini məhdudlaşdırmaqla yanaşı, dövrün tələbinə uyğun subyektlərin formalaşmasına rəvac verərək ikinci qrupda təmərküzləşənlərin uğurlu və davamlı fəaliyyətinin fonunda, dayanıqlı iqtisadi tərəqqini stimullaşdırır.

İnnovasiyanın, yeniliyin ölçülməsində və bütövlükdə onun keçmişlə gələcək arasındakı roluna dair müxtəlif fikirlər var. Alman filosof Fridrix Nitsşe keçmişə dair istənilən anlayış, məvhum və əxlaqi mühakimənin qüsurlu cəhətlərinin mövcudluğuna görə keçmişin tətbiqinin keçmiş xətaların da təkrarı olacağından, daha genişmiqyaslı yanlışlara zəmin hazırlamamaq üçün onların proseslərdən tamamilə kənarlaşdırılaraq yeni, qüsursuz və zamanın tələbinə uyğun nəzəriyyələrin tərtib edilməsinin zərurətini vurğulayır. Müasir dövrdə isə innovasiyanın kateqoriyalaşdırılması və onun dərəcələrinin müəyyənləşdirilməsi “İnnovasiya matris”i əsasında həyata keçirdilir. Mahiyyət etibarı ilə 4 sektordan (sırası ilə İnqilabi, Dəstəkləyici, Bəsit və Dağıdıcı İnnovasiya) ibarət olan matris innovasiyaya zərurət duyulan sahə ilə bu zərurəti şərtləndirən problem arasındakı əlaqəni tədqiq edir. İnnovasiya kortəbii bir proses olmadığından, onun labüdlüyünün ölçülməsi və mümkün nəticələrinin səmərəlilik baxımından qiymətləndirilməsi nəticə etibarilə müvəffəqiyyət üçün müstəsna əhəmiyyət kəsb edir.

Uğurlu idarəçilikdə, ələlxüsus iqtisadi idarəçilikdə innovasiyanın yeri və rolu danılmazdır. Bu baxımdan, spesifik olaraq istehsalatda innovasiya faktorunun əhəmiyyəti artıq stereotip halına gəlmiş “Ford Motor Company” örnəyində açıq şəkildə müşahidə edilir. 1908-ci ildə qeyd edilən şirkət tərəfindən kütləvi istehsalına başlanınlan “Ford Model T” avtomobilinin istehsal xəttinə innovativ üsul və vasitələrin inteqrasiyası ilə 6 il ərzində istehsal müddətini 68 faiz, istehsal xərclərini isə 62 faiz azaltmaqla şirkət həm mənfəətini maksimallaşdırdı, həm də avtomobilin əlçatanlığını artıraraq yeniliyin və innovasiyanın qısa bir dövr ərzində digər sahələrə də sirayət etməsinə şərait yaratdı. Birləşmiş Ştatlarda innovasiya, məvaciblərdən tutmuş ömür uzunluğuna kimi ən müxtəlif yaşam elementlərində çox ciddi irəliləyişə səbəb oldu. Eyni zamanda, texnologiya məhsulları innovasiya sayəsində daha da münasibləşərək “Ford” nümunəsində olduğu kimi, yaşamın bütün sferalarında tərəqqi mühitini bərqərar olmasında önəmli rol oynadı. Xüsusən, ayrı-ayrı biznes subyektləri aspektindən məsələyə nəzər salındıqda, təkmilləşən əməliyyatlar və artan məhsuldarlıq nəticəsində izafi xərclərdən azad olmanın fonunda, biznes ekosisteminin sürətli inkişaf fazasına qədəm qoyaraq ABŞ-ın texnoloji və innovativ üstünlüyünün təmin olunmasında əlahiddə əhəmiyyətə malik olması müşahidə edilir.

İstənilən halda, yenilikçi üsul və vasitələrin həm fərdi həm də korporativ qaydada dinamik proseslərin lokomotivi halına gəlməsi yalnız proqressiv yanaşma nəticəsində mümkün ola bilər. Məlumdur ki, uğurun fundamental faktoru kimi innovasiya olduqca kompleks predmetləri özündə ehtiva etməklə yanaşı, tətbiq zamanı ciddi iradə tələb edir. Adətən vertikal iyerarxik strukturların (biznes subyektləri və ya dövlət aparatları) innovasiyanın tətbiqindəki uğur və impedans dərəcəsinin kökündə idarəedici rəhbərliyin iradəsi dayanır. Bu kontekstdə ölkəmiz də son illərdə yeni islahatlar mərhələsinə qədəm qoyaraq innovativ metodların tətbiqində ciddi qətiyyət nümayiş etdirir. O cümlədən innovasiyanın konspetuallaşdırılması, korporativləşdirilməsi və strukturlaşdırılması istiqamətində də olduqca mühüm addımlar atılır. Hesab edirəm ki, “daha yaxşısı üçün dəyişiklik” prinsipindən çıxış edən Azərbaycan, dünya üçün yenilik və innovasiya nöqteyi nəzərindən kifayət qədər uğurlu bir nümunədir.

Rəqəmsallaşmanın geniş vüsət aldığı indiki zaman kəsiyində, heç şübhəsiz ki, innovativ metodların zərurəti özünü daha qabarıq formada büruzə verəcək. Yaxın illərdə ortaya çıxacaq yeni situasiya elastik olmayan və potensial baxımından monokultur iqtisadiyyatlar üçün dağıdıcı xarakter daşıyacaq. Nəzər alsaq ki, iqtisadi elastikliyi və diversifikasiyanı formalaşdıran əsas amillərindən biri də innovasiyadır, o zaman, tarixən olduğu kimi gələcəyin dünyasında da onun həyati əhəmiyyət daşıyacağı açıq-aydın görünür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft bahalaşıb

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ