Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqƏT Avrasiya məkanındakı dövlətləri iqtisadi baxımdan özündə birləşdirən beynəlxalq təşkilatdır

İqƏT Avrasiya məkanındakı dövlətləri iqtisadi baxımdan özündə birləşdirən beynəlxalq təşkilatdır

Bakı, 2 may, Rabil Kətanov, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatı (İqƏT) Avrasiya məkanındakı dövlətləri iqtisadi baxımdan özündə birləşdirən beynəlxalq təşkilatdır. Bu gün Azərbaycan da daxil olmaqla təşkilata üzv olan dövlətlər əsasən iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edirlər.

AZƏRTAC xəbər verir ki, İqƏT-in əsası 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən qoyularaq İnkişaf naminə Regional Əməkdaşlıq Təşkilatı adlandırılıb.

1985-ci ildə adıçəkilən hər ölkə beynəlxalq aləmə çıxış əldə etmək üçün və daha əhatəli ticarət aparmaq üçün qurumun adını dəyişərək İqtisadi Əməkdaşlıq Təşkilat adlandırdılar. Avrasiya materikinin 2/3-nə sahib olan Sovet İttifaqının dağılmasından sonra Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Azərbaycan da təşkilata qoşuldular. Ümumilikdə üzv dövlətlər Asiyanın ən böyük regional bloklarından birini təşkil edirdilər. Dünyada baş verən iqtisadi tərəqqi və inkişaf ilə əlaqədar olaraq İqƏT də yeni dövrə uyğunlaşmağa can ataraq öz hədəflərini müəyyən etdi.

İqƏT-in hədəfləri öz əksini əsas sənəd olan İzmir müqaviləsində tapıb (1977-ci ildə Türkiyənin İzmir şəhərində Türkiyə, İran və Pakistan arasında imzalanıb). Təşkilatın əsas məqsədləri İqƏT regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini, qlobal iqtisadi meylləri nəzərə alaraq regiondaxili, regionlararası ticarəti genişləndirməkdən, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması və tariflərin azaldılmasından ibarət olub. Həmçinin qarşılıqlı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini nəzərdə tutan İqƏT Ticarət Sazişi vasitəsilə üzv dövlətlər arasında ticarətin liberallaşdırılması istiqamətində işlər həyata keçirməkdədir. Təşkilatın nizamnaməsinə uyğun olaraq İqƏT çərçivəsində əməkdaşlıq aşağıdakı strukturlar vasitəsilə həyata keçirilir: Nazirlər Şurası, Daimi Nümayəndələr Şurası, Regional Planlaşdırma Şurası və Katiblik.

2020-ci ildə İqƏT Parlament Assambleyası yaradıldı. Hazırda İqƏT-in Baş katibi Əsəd Məcid Xandır. Bu ilin mart ayında Azərbaycanda səfərdə olan Ə.M.Xan Prezident İlham Əliyev ilə görüşüb təşkilatın fəaliyyət proqramını müzakirə edib. Nəzərə çatdırmaq lazımdır ki, cari ildə İqƏT-in Zirvə görüşü Azərbaycanda keçiriləcək.

Azərbaycan 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İqƏT) üzv olduqdan sonra bu təşkilat çərçivəsində iqtisadi, ticari, mədəni, sosial və siyasi əməkdaşlığın inkişafına əhəmiyyətli töhfələr verib. Zaman keçdikcə təşkilatın məqsədlərində edilən dəyişiklik üzv ölkələr arasında iqtisadi inteqrasiyanı təşviq etmək, ticarət, investisiya imkanlarını artırmaq, infrastruktur layihələrini dəstəkləmək, regional sabitlik və inkişafı təmin etmək üçün olub. Azərbaycan bu təşkilatda fəal iştirakçı kimi özünü təsdiqləyib və regional əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1996-cı ildə Aşqabadda İqƏT-in IV sammitində iştirak edib. Görüşdə nəqliyyat və kommunikasiyanın inkişafına dair (1998-2007-ci illər) proqram qəbul olunub. İqƏT-ə üzvü olan ölkələrin dövlət başçılarının dördüncü zirvə toplantısında çıxış edən Ulu Öndər Heydər Əliyev bildirib: “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Məhz buna görə də təşkilatımızda fəal iştirak etmək təkcə iqtisadi maraqlarda deyil, həm də tarixi köklərin, ənənələrin, mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz qardaş ölkələrlə sıx əməkdaşlıq Azərbaycanın xarici siyasətinin üstün istiqamətidir”.

Bu gün Azərbaycan İqƏT çərçivəsində iqtisadiyyatın liberallaşdırılması prosesində iştirak edir. Azərbaycan “İqƏT-ə üzv dövlətlər arasında ticarət əməkdaşlığına dair Çərçivə Sazişi”, “İƏT regionunda tranzit nəqliyyat haqqında Saziş”, “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş” kimi sazişlər imzalayıb. Bu sazişlərin məqsədi üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı gücləndirmək və daxili ticarəti inkişaf etdirməkdir. Azərbaycan enerji sahəsində əməkdaşlıq üçün yeni strategiya təklif edib. Hazırda Azərbaycan öz tərəfdaşları ilə birlikdə dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsini həyata keçirir. Layihə regionda minlərlə yeni iş yerinin açılmasına və üzv dövlətlər arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək.

Azərbaycan İqƏT dövlətləri bir sıra qlobal xarakter daşıyan beynəlxalq əhəmiyyətli layihələrin müəllifidir. Ölkəmiz Türkiyə ilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri layihələrini, İran ilə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu layihəsi və işğaldan azad edilən Zəngilan rayonunun Ağbənd kəndi ərazisində, Araz çayı üzərində İran ilə Azərbaycanı birləşdirəcək avtomobil və dəmir yolu körpüsünün tikintisi davam edir. Özbəkistan və Qazaxıstan ilə birlikdə Azərbaycan Xəzər və Qara dənizləri birləşdirəcək enerji ixracı dəhlizinin reallaşması üzərində çalışır. Bu layihə ilə hər 3 dövlət istehsal etdiyi yaşıl enerjini Avropaya ixrac edəcək.

Hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən Avropaya və əks istiqamətə ildə təxminən 5 milyon ton yük daşınır ki, bu da İqƏT dövlətlərinin ticarət əlaqələrinin genişlənməsi üçün Azərbaycanın verdiyi töhfədir.

Pakistan ilə iqtisadi, hərbi və siyasi əlaqələrimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əfqanıstan ilə Trans-Əfqanıstan marşrutu layihəsində Azərbaycan da iştirak edir. Rəsmi Bakı İqƏT tədbirlərinə uğurla ev sahibliyi edib. Belə ki, 2012-ci il mayın 2 və 3-də İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Bakıda İqƏT-ə üzv ölkələrin Ticarətin Təşviqi Təşkilatları rəhbərlərinin ikinci iclasını təşkil edib. Bakıda İqƏT-in 9 və 12 ci sammiti keçirilib. 2017-ci ildə Bakıda Korrupsiyaya Qarşı Mübarizə Təşkilatı rəhbərlərinin və İqƏT ombudsmanlarının 3-cü görüşü keçirilib.

Mədəniyyət və təhsil sahəsində Azərbaycan İqƏT-in humanitar əməkdaşlıq proqramlarında da fəal iştirak edir. Ölkə təşkilatın gənclər forumları, təhsil mübadiləsi proqramları və mədəni tədbirlərində qoşularaq regionda mədəni bağların gücləndirilməsinə töhfə verir. Azərbaycanın zəngin mədəni irsi, multukultural ənənələri İqƏT-in mədəni müxtəlifliyə hörmət və birgə dəyərlərin təşviqi prinsiplərinə uyğun gəlir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə təşkilat daxilində turizmin inkişafı ilə bağlı layihələr də irəli sürülüb ki, bu da regionun iqtisadi və mədəni potensialını artırmağa xidmət edir.

Gələcək perspektivlər baxımından Azərbaycanın İqƏT-də rolu daha da artmağa davam edəcək. Ölkənin iqtisadi diversifikasiya strategiyası, bərpaolunan enerji layihələrinə sərmayələri və rəqəmsal iqtisadiyyatın inkişafına verdiyi diqqət İqƏT-in müasir çağırışlara cavab verən yeni təşəbbüslərinə uyğun gəlir. Azərbaycanın Qarabağ bölgəsinin bərpası və yenidən qurulması prosesi də İqƏT ölkələri üçün investisiya və əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, regionun iqtisadi potensialı, xüsusilə kənd təsərrüfatı, turizm və infrastruktur sahələrində, İqƏT üzvləri ilə birgə layihələr üçün cəlbedici platforma yaradır.

Bununla yanaşı, Azərbaycan İqƏT regional təhlükəsizlik və sabitlik məsələlərində də aktiv mövqe nümayiş etdirir. Ölkənin 44 günlük Vətən müharibəsində qələbəsi və Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atdığı addımlar İqƏT-in regional sabitliyə verdiyi töhfələrlə uzlaşır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh və əməkdaşlıq təklifləri təşkilatın uzunmüddətli hədəflərinə dəstək verir. Nəticə olaraq, Azərbaycan İqƏT platformasında mühüm oyunçulardan birinə çevrilib. Ölkənin enerji, nəqliyyat, ticarət, mədəniyyət və təhsil sahələrindəki fəaliyyəti İqƏT-in regional inteqrasiya və davamlı inkişaf məqsədlərinə xidmət edir. Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi potensialı və təşkilat daxilindəki fəal iştirakı gələcəkdə İqƏT regionunun daha da inkişafına və üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcək. Azərbaycanın bu təşkilatdakı rolu həm ölkənin öz iqtisadi və siyasi maraqlarına xidmət edir, həm də regionun ümumi rifahına müsbət təsir göstərir.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan olkələrin strateji coğrafi məkanlarda yerləşməsi, Qərblə Şərqi birləşdirən ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olmaları, təbii sərvətlərlə zənginliyi bu təşkilatın əhəmiyyətini artıran amillərdəndir. Qeyd olunan keyfiyyətlər baxımından Azərbaycan bu təşkilatda xüsusi çəkiyə malikdir. Azərbaycan İqƏT-də islahatların aparılmasında və bu təşkilatın səmərəliliyinin artırılmasında maraqlı olan ölkələrdəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda neft ucuzlaşıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır

AQTA: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da