İ.Q.ŞIXLININ XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
1. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərindəki küçələrdən birinə İsmayıl Şıxlının adını versin və yaşadığı binaya (Üzeyir Hacıbəyov küçəsi, 27) xatirə lövhəsinin vurulmasını təmin etsin.
2. Qazax rayonunun Kosalar kənd orta məktəbinə İsmayıl Şıxlının adı verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 mart 2006-cı il.