Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadi inkişafda biomüxtəlifliyin əhəmiyyəti və onun qorunmasında dövlətlərin rolu - ARAŞDIRMA

Bakı, 13 dekabr, AZƏRTAC

Biomüxtəliflik ekosistemlərin, növlərin və genetik ehtiyatların müxtəlifliyini ifadə edir. İqtisadi inkişaf, davamlılıq və sosial rifahda biomüxtəliflik mühüm rol oynayır. Yerli icmaların öz təbii ehtiyatlarından səmərəli və davamlı şəkildə istifadə etmək qabiliyyəti onların biomüxtəliflikdən və bu resursların təqdim etdiyi ekosistem xidmətlərindən asılılığını dərk etmələrindən asılıdır. Amma son illərdə insan fəaliyyəti nəticəsində biomüxtəlifliyin sürətlə azalması ekosistem tarazlığını pozur və bir çox növlərin, eləcə də insan həyatı üçün təhlükə yaradır. Buna görə də biomüxtəlifliyin qorunması həm ekoloji, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Tarixi təcrübənin də göstərdiyi kimi mənfəətə əsaslanan mal və xidmətlərin istehsalı ilə məşğul olan özəl sektor bu sahədə qaneedici deyil. Çünki belə sahələrdə əldə ediləcək mənfəətin çəkiləcək xərcləri kompensasiya edib-etməyəcəyinin öncədən hesablanması çətin olan məsələlərdəndir. Bu səbəbdən ekoloji tarazlığın qorunması, mühitə zərər vermədən davamlı, dayanıqlı iqtisadi proqramların hazırlanması dövlətin daha qabarıq göründüyü fəaliyyətlərdir. Biomüxtəliflik ekosistemlərin tarazlığı üçün vacib əhəmiyyət daşıdığı qədər iqtisadi inkişaf və davamlı dayanıqlılıq prizmasından da xüsusi rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantı Elvin Hüseynovun iqtisadi inkişafda biomüxtəlifliyin əhəmiyyəti və onun qorunmasında dövlətlərin roluna dair araşdırmasında yer alıb. Araşdırmanın müəllifi biomüxtəlifliyin təsir etdiyi iqtisadiyyat sahələrini qruplaşdırıb. Onun qeydlərini təqdim edirik.

Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi

Biomüxtəliflik kənd təsərrüfatı sistemlərinin davamlılığı, qida istehsalı, ərzaq təhlükəsizliyi üçün vacib resursdur və həyati əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının biomüxtəlifliyinə bitki və heyvan növlərinin genetik müxtəlifliyi və ekosistem xidmətləri daxildir. Bu müxtəliflik kənd təsərrüfatı istehsalına dəstək verir, ekoloji dayanıqlığı artırır və iqtisadi səmərə verir. Biomüxtəlifliyi təşviq edən fəaliyyətlər müxtəlif bitki növlərinin əkilməsini, zərərvericilərə qarşı mübarizə və torpaq münbitliyi kimi ekosistem xidmətlərini dəstəkləməklə qida istehsalını artırır. Məsələn, Hindistanda ənənəvi əkinçilik sistemləri müxtəlif bitki növlərini birlikdə böyütməklə məhsuldarlığı və davamlılığı artırır. Bu cür əkinçilik üsulları monokultura sistemlərinə nisbətən daha davamlı və zərərvericilərə qarşı daha dayanıqlıdır.

Ekoturizm

Biomüxtəliflik həm də ekoturizm üçün mühüm resursdur. Yerli iqtisadiyyat təbii gözəlliyi və biomüxtəlifliyi qorumaqla turizm gəlirlərini artıra bilər. Məsələn, Tanzaniyadakı Serengeti Milli Parkı vəhşi təbiətin müxtəlifliyi sayəsində hər il milyonlarla turisti cəlb edir. Bu turizm fəaliyyəti yerli icmalara əhəmiyyətli iqtisadi töhfələr verir. Amma turizmin biomüxtəliflik üzərində mənfi təsirləri də olur. Buraya turizm fəaliyyətinin təbii yaşam sahələrini pozması, tullantıların suyu çirkləndirməsi və digər ətraf mühit problemlərinə səbəb olması və s. aid etmək olar. Bu səbəbdən dövlətlərin həm turizmi inkişaf etdirən, həm də biomüxtəlifliyi qoruyan siyasətləri təşviq etməsi, ətraf mühitin qorunmasını prioritet hesab edən infrastruktur layihələrin hazırlanması, yerli xalqın turizm fəaliyyətində aktiv iştirakını təmin etməsi, turistləri və yerli əhalini ətraf mühitə təsirlər mövzusunda bilgiləndirməsi kimi vəzifələri icra etməsi zəruridir.

Əczaçılıq və təbii məhsullar

Biomüxtəliflik həm də əczaçılıq və təbii məhsulların inkişafı üçün mühüm resursdur. Bir çox yerli icmalar ənənəvi tibdə müxtəlif bitki və heyvan növlərindən istifadə edirlər. Məsələn, Amazon meşəsindəki yerli insanlar ənənəvi dərman müalicəsi üçün meşədəki bitkilərdən istifadə edirlər. Bu bitkilərin müasir təbabətə inteqrasiyası yeni dərmanların inkişafına kömək edə bilər.

Müasir dərmanların kəşfində təbii məhsulların rolu hələ də böyükdür. Təxminən 70-80 faizi bitki mənşəli olan ənənəvi dərmanlardan dünya əhalisinin böyük bir hissəsi istifadə edir. Bundan əlavə, bu gün istifadə edilən antibiotiklərin əksəriyyəti (məsələn, penisillin, streptomisin) mikroorqanizmlərdən əldə edilir.

Biomüxtəliflik həm də biotexnoloji innovasiyaların əsasını təşkil edir. Fermentlərin, anticisimlərin və digər bioloji molekulların istehsalında istifadə edilən bir çox mikroorqanizm və bitki növləri təbii mühitdən əldə edilib. Biomüxtəlifliyin qorunması təbii ehtiyatların davamlı idarə olunmasını tələb edir. Yerli icmalar meşələr, su ehtiyatları və torpaq kimi təbii ehtiyatlardan səmərəli istifadə etməklə ekosistem xidmətlərindən maksimum fayda əldə edə bilərlər. Məsələn, Nepaldakı icmalar yerli meşə idarəetmə komitələri yaratmaqla meşə ehtiyatlarını davamlı şəkildə idarə edirlər. Bu, həm biomüxtəlifliyin qorunmasını təmin edir, həm də icmalara uzunmüddətli iqtisadi fayda verir.

Yerli əhalinin ənənəvi bilgiləri də ekosistemin qorunmasında və dayanıqlılığın təmin edilməsində rol oynayır. Yerli insanların təbiət haqqında ənənəvi bilikləri biomüxtəlifliyin idarə olunması üçün effektiv strategiyaların işlənib-hazırlanmasına kömək edə bilər. Məsələn, Avstraliya aborigen icmaları ənənəvi yanğın idarəetmə üsullarından istifadə etməklə həm biomüxtəlifliyi qoruyur, həm də yanğın riskini azaldır.

Amma biomüxtəlifliyin qorunması da bəlli şərtlər və şəraitlərdə müxtəlif təhlükələrlə üzləşir. Kənd təsərrüfatında monokultura təcrübələri, meşələrin qırılması, çirklənmə və iqlim dəyişikliyi kimi amillər biomüxtəlifliyə mənfi təsir göstərir. Bu təhdidlər ekosistem xidmətlərinin deqradasiyasına gətirib çıxarır və buna görə də yerli iqtisadiyyatlara ziyan vurur.

Biomüxtəlifliyin qorunması üçün müxtəlif strategiyalar işlənib-hazırlanıb. Bu strategiyalara qorunan ərazilərin yaradılması, davamlı kənd təsərrüfatı təcrübələri və yerli icmaların biomüxtəlifliyin idarə edilməsində fəal iştirakı daxildir. Məsələn, Hindistanda həm kənd təsərrüfatı məhsuldarlığının artırılması, həm də biomüxtəlifliyin qorunması məqsədilə aqrobiomüxtəliflik layihəsi hazırlanıb. Burada fermerlər ənənəvi əkinçilik üsullarını müasir biomüxtəlifliyin idarə edilməsi metodları ilə birləşdirərək əkin və məhsul dövriyyəsini tətbiq edirlər. Nepalda isə meşə ehtiyatlarından davamlı istifadəni təmin etmək və meşə biomüxtəlifliyini qorumaq məqsədilə həyata keçirilən icma meşə idarəçiliyini nümunə göstərmək olar. Ölkədə yerli əhali meşələrin idarə olunmasına cəlb olunaraq bu təbii ehtiyatların qorunmasını və davamlı istifadəsini təmin edir.

Biomüxtəlifliyin qorunması məqsədilə bərpa ekologiyası metodlarından da istifadə edilir. Burada əsas metod pozulmuş ekosistemlərin əvvəlki halına qaytarılması və biomüxtəlifliyin yenidən təmin edilməsidir. Bu layihələr ABŞ, Braziliya kimi ölkələrdə tətbiq edilib. Bundan əlavə, bu yöndə təhsil, iqlim dəyişikliyi ilə mübarizə proqramları, ənənəvi bilik və yerli idarəetmə metodlarından da istifadə olunur. Bu strategiyaların uğuru yerli icmaların iştirakı, davamlı idarəetmə və qlobal əməkdaşlıq ilə mümkündür. Biomüxtəlifliyin qorunması səyləri təkcə təbii həyatı deyil, həm də insanların rifahını və gələcək nəsillərin həyat keyfiyyətini təmin edir. Bu yolda atılan addımlar son zamanlarda bir çox fərqli elmi, texnoloji sahənin birgə fəaliyyəti nəticəsində mümkün olub.

Bəzi yenilikçi strategiyalara örnəklər

CRISPR və genetik düzəliş. Bu texnologiyalar müxtəlif ölkələrdə tədqiqat və inkişaf mərhələsindədir. CRISPR texnologiyası kimi yeniliklər idarə olunan mühitlərdə və laboratoriya şəraitində sınaqdan keçirilir. Hələlik bu texnologiyalar irimiqyaslı təbii ekosistemlərə tətbiq edilməyib, lakin onların genetik müxtəlifliyi qorumaq potensialı öyrənilir. ABŞ-da və Avstraliyada nəsli tükənməkdə olan canlıların qorunması üçün həyata keçirilən layihələrdə genetik düzəliş texnikaları istifadə olunur.

Ekosistem xidmətləri üçün ödənişlər (PESP). Bir çox ölkələr təbii resursların qorunması üçün maliyyə yatırılmasını təşviq edir. PESP gəlirləri ekosistem xidmətlərini qorumaq və yeniləmək məqsədilə xərclənir. Ekvador PESP sistemindən su ehtiyatlarını qorumaq və biomüxtəliflik cəhətdən zəngin sahələri idarə etmək üçün istifadə etmişdir.

Biomüxtəliflik istiqrazları. Bəzi ölkələrdə biomüxtəlifliyin qorunması layihələrinin maliyyələşdirilməsi üçün biomüxtəliflik istiqrazları hazırlanmaqda və inkişaf etdirilməkdədir. Məsələn, İngiltərədə investorları təbii resurs layihələrinə cəlb etmək üçün belə istiqrazlardan istifadə edilir.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, biomüxtəliflik yerli iqtisadiyyatların davamlılığı və inkişafı üçün mühüm komponentdir. Qida istehsalı, ekoturizm, təbii məhsullar və dərman istehsalı kimi müxtəlif sahələrdə biomüxtəliflik yerli toplumların rifahına töhfə verir. Biomüxtəliflik həm ekoloji tarazlığı, həm də iqtisadi inkişafı eyni anda təmin edə bildiyinə görə dövlətlərin iqtisadiyyata müdaxilə etdiyi sahələrin xaricində qala bilməz. Təbii ehtiyatlardan davamlı istifadə və mühafizə yerli iqtisadiyyatların və uzunmüddətli davamlılığın gücləndirilməsi üçün çox həyati əhəmiyyət daşıyır.

Bununla belə, bu töhfələrin davam etməsi üçün biomüxtəliflik qorunmalı və davamlı idarəetmə təcrübələri qəbul edilməlidir. Biomüxtəlifliyin yerli iqtisadiyyatlara təsirini anlamaq və bu resursları qorumaq üçün şüurlu tədbirlər həyata keçirmək həm yerli, həm də qlobal səviyyədə davamlı inkişafı dəstəkləyəcək. Müasir texnologiyanın və elmin çatdığı səviyyə biomüxtəlifliyin qorunması üçün effektiv metodların işlənib-hazırlanmasında yarım əsr əvvəllə müqayisədə hədsiz çox potensiala sahibdir. Genetik texnologiyalar, rəqəmsal monitorinq vasitələri, böyük verilənlər bazası, ekoloji modelləşdirmə, innovativ iqtisadi-siyasi yanaşmalar biomüxtəliflik itkilərinin qarşısının alınmasında yeni vasitələr kimi üzə çıxır. Görünməz əlin hər şeyi idarə edəcəyini iddia edən azad bazar iqtisadiyyatı müdafiəçilərinin əksinə, praktika göstərir ki, bir çox digər mövzularda olduğu kimi, biomüxtəlifliyin və ekosistemin qorunmasında azad bazarın yetərsiz qaldığı durumlar var. Buna görə də dövlətlər biomüxtəlifliyin qorunmasında səylərini daim yeniləməli, elmin digər sahələrinin kəşfləri ilə daha təkmilləşmiş strategiyalar yaratmaq yolunda birgə addımlamalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO