İqtisadiyyat nazirinin müavini Şirvanda vətəndaşlarla görüşəcək
Bakı, 25 yanvar, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov yanvarın 30-da Şirvan şəhərində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 162 - Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binası) Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinin dinləyəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək. Qəbula gəlmək istəyən Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]