İran Belçika məhkəməsini kəskin tənqid edib
Tehran, 6 fevral, AZƏRTAC
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Belçikanın Antverpen məhkəməsinin iranlı diplomat Əsədullah Əsədiyə qarşı 20 il müddətinə azadlıqdan məhrumetmə barədə qərarını kəskin tənqid edib.
AZƏRTAC xəbər verir ki, S.Xətibzadə fevralın 5-də Tehranda keçirdiyi mətbuat konfransında Belçika məhkəməsinin qərarını qanunsuz hesab edib. O bildirib ki, bu qərar beynəlxalq hüquq normalarının, xüsusilə də diplomatik münasibətlər barədə 1961-ci ildə imzalanan Vyana Konvensiyasının aşkar şəkildə pozulması deməkdir və İran bu qərarı tanımır.
S.Xətibzadə deyib ki, Avropa dövlətləri insan hüquqlarından gen-bol danışırlar. Lakin Ə.Əsədi Almaniya və Belçikada istintaq altında olarkən müvəqqəti saxlama yerlərində qeyri-insani rəftara məruz qalıb.
Onun sözlərinə görə, bir sıra Avropa ölkələri terrorçulara himayədarlıq edir və onların qanunsuz hərəkətlərinə göz yumur.
Nəzərə çatdırılıb ki, İran Ə.Əsədinin hüquqlarının bərpası üçün bütün diplomatik və hüquqi imkanlardan istifadə edəcək.
Qeyd edək ki, İranın Belçikadakı səfirliyinin əməkdaşı Ə.Əsədi 2018-ci ildə Almaniyada həbs edilərək Belçikaya təhvil verilib. Ona qarşı terror aktı törətməyə cəhd ittihamı irəli sürülüb. Fevralın 4-də isə Belçika məhkəməsi onu 20 il müddətinə azadlıqdan məhrum edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]