İran kəşfiyyatı Kirmandakı partlayışla bağlı 35 nəfəri saxlayıb
Bakı, 11 yanvar, AZƏRTAC
İran kəşfiyyatı yanvarın 3-də Kirman şəhərində törədilən partlayışı təşkil etməkdə şübhəli bilinən 35 nəfərin saxlanıldığını açıqlayıb.
AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, şübhəlilər Qərbi Azərbaycan, İsfahan, Kirman, Sistan və Bəlucistan, Tehran və Xorasan ostanlarında saxlanılıb.
Partlayışlara rəhbərlik edən şəxsin qeyri-qanuni yollarla cənub-şərq sərhədindən ölkəyə daxil olduğu və terror aktından iki gün öncə İranı tərk etdiyi bildirilir. O, əməliyyata rəhbərlik etməklə yanaşı, əldəqayırma partlayıcı qurğuların istehsalı ilə də məşğul olub.
Xatırladaq ki, general Qasım Süleymaninin öldürülməsinin dördüncü ildönümü ilə əlaqədar yanvarın 3-də Kirman şəhərində keçirilən mərasim zamanı törədilən partlayışlar nəticəsində 95 nəfər həlak olub, 200-dən çox insan isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]