İran parlamentinin deputatından maraqlı təklif
Tehran, 13 iyun, AZƏRTAC
İran İslam Şurası Məclisinin (parlamentinin) deputatı Məhəmməd Mehdi Zahidi maraqlı təkliflə çıxış edib.
AZƏRTAC xəbər verir ki, İran parlamentinin bu gün keçirilən iclasında M.M. Zahidi Tehran şəhərində küçələrin birinə Corc Floydun adının verilməsini təklif edib.
Deputat çıxış edərək bildirib ki, kapitalist və irqçi sistemə etiraz olaraq Tehran küçələrinin birinə C. Floydun adı verilməlidir.
Qeyd edək ki, C.Floyd mayın 25-də ABŞ-da polis tərəfindən saxlanılarkən ölüb. Bununla əlaqədar olaraq ABŞ-ın bir sıra ştatlarında kütləvi etiraz aksiyaları keçirilib.
Xatırladaq ki, Tehranda Uqo Çaves, Nelson Mandella və başqalarının adını daşıyan küçələr var.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]