İran Rusiya istehsalı olan “Sputnik” vaksinindən istifadə edəcək
Tehran, 5 fevral, AZƏRTAC
İranda COVID-19 infeksiyasına yoluxaraq ölənlərin sayında azalma müşahidə edilir. Belə ki, son 24 saat ərzində İranda koronavirusa 7 min 61 nəfər yoluxub, 80 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 452 min 387 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 336-ya çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 819 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 241 min 320 xəstə sağalaraq evə buraxılıb.
Əhaliyə peyvənd vurulması üçün İran Rusiya istehsalı olan “Sputnik-V” vaksinini alaraq ölkəyə gətirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]