İran və Azərbaycan nəqliyyatçıları arasında protokol imzalanmışdır
Bakı, 17 may (AZƏRTAC). Nəqliyyat Nazirliyi və digər müvafiq dövlət qurumları əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası və İran İslam Respublikasının nümayəndələri arasında Astarada (Azərbaycan) görüş olmuşdur.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Astara (Azərbaycan) - Astara (İran) arasında yeni sərhədyanı dəmir və avtomobil yolları, eləcə də piyada körpü keçidinin yerinin müəyyənləşdirilməsi, Astaraçay üzərində körpü keçidləri (dəmir yolu, avtomobil və piyada) oxlarının dəqiqləşdirilməsi ilə əlaqədar ikitərəfli razılıq protokolu imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara çatması mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]