İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə “Fateh” adlı yeni sualtı qayıq veriləcək
Tehran, 13 yanvar AZƏRTAC
İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə “Fateh” adlı yeni sualtı qayıq veriləcək. Yanvarın 29-da istismara veriləcək qayıq tamamilə İranın milli istehsalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama verən İranın Hərbi Dəniz Qüvvələri komandanı admiral Hüseyn Hanzadə qayığın Atlantık okeanına göndəriləcəyini bildirib.
Admiral qeyd edib ki, ağırlığı 527 ton olan sualtı qayıq 250 metr dərinlikdə saatda 25,9 kilometr üzmək imkanına malikdir. Bundan başqa yeni qayıq təchiz olunan elektron cihazlarla suyun altından yerin üzərindəki hədəfləri vura bilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]