İRANIN TƏHLÜKƏSİZLİK ŞURASI ATOM BOMBASI İSTEHSALINI İNKAR EDİR
AZƏRTAC xəbər verir ki, RİA “Novosti” agentliyinin yaydığı məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Həsən Ruhani bir daha bildirmişdir ki, İslam Respublikası atom bombası yaratmaq niyyətində deyildir. O demişdir: ”Ötən il bütün dünyaya sübut olundu ki, ABŞ-ın Tehranın nüvə silahı yaratmaq niyyətində olması ilə bağlı iddiaları yanlışdır. Çünki biz heç vaxt atom bombası yaratmaq niyyətində olmamışıq. İş o yerə çatmışdır ki, ABŞ indi də İranın atomdan dinc məqsədlərlə istifadəsinə qadağa qoyur. Lakin atom enerjisindən dinc məqsədlərlə istifadə etmək bizim qanuni hüququmuzdur və bundan geri çəkilməyəcəyik. ABŞ-ın İrana qarşı bütün ittihamları, təhdidləri və sanksiyaları İslam Respublikasının dinc təyinatlı qabaqcıl texnologiyaya sahib olması əleyhinə yönəldilmişdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]