“İrəli” İctimai Birliyi təcrübə proqramına start verir
Bakı, 14 sentyabr, AZƏRTAC
“İrəli” İctimai Birliyi gənclərin bilik və bacarıqlarının artırılmasına, onların şəxsi inkişafına dəstək məqsədilə yenidən təcrübə proqramı elan edir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, proqramda iştirak etmək istəyən gənclər qurumun “İnsan resursları”, “Mətbuat katibliyi”, “İrəli” Media Mərkəzi, “Beynəlxalq əlaqələr katibliyi”, “Layihələrlə iş üzrə katiblik” istiqamətləri üzrə müraciət edə bilərlər. Təcrübə proqramına gənclərin seçim prosesi müraciətlərin qəbulu və onlayn müsahibə üzrə iki mərhələdə aparılacaq. Mövcud pandemiya vəziyyəti ilə əlaqədar gənclər əsasən sərbəst və məsafədən iş prinsiplərində fəaliyyət göstərəcəklər.
Üç ay davam edəcək təcrübə müddətini uğurla başa vuracaq gənclər şəhadətnamə ilə təltif olunacaqlar. Təcrübə proqramına 17-25 yaşlarında təşəbbüskar, məsuliyyətli, komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər.
Qeyd edək ki, təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir. Ərizələr sentyabrın 20-də saat 12:00-dək qəbul ediləcək. Qeydiyyat və ətraflı məlumat üçün http://ireli.az/tecrubeqazan/ keçidindən istifadə etmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]