İrlandiyanın Prezidenti Zati-aliləri cənab Maykl Higginsə
Hörmətli cənab Prezident,
İrlandiyanın milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-İrlandiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 mart 2012-ci il.