İŞİD-in əsas terrorçularından biri İstanbulda ələ keçirilib
İstanbul, 2 may, AZƏRTAC
İki il əvvəl Suriyada öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən çox güvəndiyi əsas adamlarından biri, kod adı “Basim” olan Əfqanıstan əsilli terrorçu İstanbulda ələ keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Agentliyi və İstanbul terrorla mübarizə polisinin birgə əməliyyatı nəticəsində saxlanılan bu şəxs, eyni zamanda, terror təşkilatının hərbi qruplaşmasının rəhbəri hesab edilir.
2014-cü ildən başlayaraq bir çox terror hadisələrinin törədilməsində təqsirli bilinən, Suriyadan Türkiyə ərazisinə keçərək saxta pasportla İstanbulda yaşayan terrorçu şəhərin Ataşehir rayonunda ələ keçirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]