İSLAM KƏRİMOV: SOROS FONDUNUN ÖZBƏKİSTANDA FƏALİYYƏTİ QANUNVERİCİLİYƏ ZİDD İDİ
- Soros Fondunun Özbəkistanda fəaliyyəti respublika qanunvericiliyinə zidd idi, bu təşkilat bir sıra ciddi qanun pozuntularına yol vermişdir. Fondun bəzi layihələri isə etniklərarası problemlərin kəskinləşməsinə səbəb olmuşdur.
Tanınmış maliyyəçi, Soros Fondunun təsisçisi Corc Soros Bişkekdə bildirmişdir ki, Özbəkistanda Fondun fəaliyyətinin dayandırılması respublika büdcəsinə mənfi təsir göstərəcəkdir. O demişdir ki, Fond Özbəkistan qanunları çərçivəsindən kənara çıxmamışdır.
Xatırladaq ki, Soros Fondu 1996-cı ildən başlayaraq, respublikada bir sıra layihələrin həyata keçirilməsinə 22 milyon dollar sərmayə qoymuşdur. Keçən il Fond Özbəkistanda səhiyyə, təhsil və iqtisadiyyat sahələrinə 3,7 milyon dollar xərcləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]