“İslam moda industriyası: yeni trendlər və perspektivlər” mövzusunda onlayn seminar keçiriləcək
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mayın 5-də “İslam moda industriyası: yeni trendlər və perspektivlər” mövzusunda onlayn seminar keçiriləcək.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, İslam Maliyyə Mərkəzi və Dizayn Məktəbinin təşkilatçılığı ilə reallaşacaq.
Onlayn seminara “Zoom” platforması üzərindən qoşulmaq mümkün olacaq.