İslamabadda Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında danışıqlar aparılıb





Ankara, 13 fevral, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şəriflə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacir və digər rəsmi şəxslər iştirak ediblər.
Danışıqlardan əvvəl Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Rəcəb Tayyib Ərdoğan Pakistan Baş nazirinin iqamətgahının ərazisində ağac əkib.
Türkiyə Prezidenti Asiya ölkələrinə səfəri çərçivəsində Pakistana gəlib. O, bundan əvvəl Malayziya və İndoneziyada danışıqlar aparıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara