İslamiada: Uşu yarışında daha bir idmançımız yarımfinala yüksəlib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycanın daha bir idmançısı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında uşu yarışlarının yarımfinalına vəsiqə əldə edib.
AZƏRTAC xəbər verir ki, 56 kiloqram çəki dərəcəsində yarışan Elçin Eminov ilk görüşündə qırğızıstanlı Avazbek Amanbekova 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.