CƏMİYYƏT
İspaniya iqlim dəyişmələrinə qarşı mübarizəyə 235 milyard avro ayıracaq
Madrid, 24 yanvar, AZƏRTAC
İspaniyanın Baş naziri Pedro Sançes hökumətin iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı tədbirlərə yaxın 10 ildə 235 milyard avro ayırmaq niyyətində olduğunu elan edib.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, ispan hökuməti ölkədə 6 ilə yaxın davam edən iqtisadi böhranı səbəb gətirərək, uzun müddət ərzində bu sahədə fəaliyyətsizliyinə görə üzrxahlıq edib.
P.Sançes bildirib ki, 2021-2030-cü illər üçün energetika və iqlim dəyişmələri sahəsində tədbirlər planı yaxın gələcəkdə Avropa İttifaqı səviyyəsində də təqdim olunacaq.
P.Sançes əlavə edib ki, ölkənin tamamilə bərpaolunan enerji mənbələrinə keçəcəyi təqdirdə, - bunun da icrası 2050-ci ilə planlaşdırılır, - şaxtalarda işlərini itirəcək insanlara yeni iş yerləri yaradılmalıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]