İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib
Kiyev, 18 noyabr, AZƏRTAC
Bir ay ərzində İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketi ayıracaq.
AZƏRTAC-ın “Ukrinform” a istinadla verdiyi məlumata görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Madriddə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
"Mən artıq Prezident Zelenskiyə demişəm ki, İspaniya bir ay ərzində 615 milyon avroluq yeni hərbi yardım paketini qəbul edəcək", - deyə Sançes əlavə edib.
Onun sözlərinə görə, ölkələr arasında 1 milyard avroluq ikitərəfli təhlükəsizlik sazişi çərçivəsində 300 milyon avro silah tədarükünə gedəcək.
"Bu 300 milyon avro ilə yanaşı, 100 milyon avro NATO-nun PURL proqramına gedəcək və bu, Ukrayna Silahlı Qüvvələrinin ehtiyac duyduğu müdafiə sistemlərinin təcili, sürətləndirilmiş satınalmalarını maliyyələşdirmək üçün istifadə olunacaq", - deyə İspaniyanın Baş naziri bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
- 22.09.2026 [10:59]
Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]