DÜNYA
İsrail Prezidenti ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri ilə görüşüb
Bakı, 13 dekabr, AZƏRTAC
İsrail Prezidenti İsxak Hersoq ölkədə səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin mətbuat xidməti (TPS-IL) məlumat yayıb.
Bildirilib ki, görüşdə HƏMAS terror təşkilatı tərəfindən Qəzzada əsirlikdə olan 100 girovun geri qaytarılması istiqamətində səylər, eləcə də bölgədə baş verən dramatik dəyişikliklər müzakirə edilib.