Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail radiostansiyasının efirində Azərbaycanın Müstəqillik Günü münasibətilə veriliş səslənib

İsrail radiostansiyasının efirində Azərbaycanın Müstəqillik Günü münasibətilə veriliş səslənib

Bakı, 24 oktyabr, AZƏRTAC

Dağlıq Qarabağ tarixən əzəli Azərbaycan torpağıdır. İyirmi dörd il əvvəl Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. Dağlıq Qarabağ və Azərbaycanın ətraf yeddi rayonu ermənilərin işğalı altındadır. Ermənistan bütün bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib. Erməni həbs düşərgələrində dəhşətli, qeyri-insani şəraitdə saxlanılan 5 min azərbaycanlı girovdan başqa, bu gün həmin ərazilərdə bircə azərbaycanlı belə qalmayıb. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından didərgin salınıb. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bu günlərdə İsrailin “Birinci radio”sunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş birsaatlıq populyar “Persona-Grata” proqramında bəyan edib.

“Birinci radio”nun daimi şərhçisi Arye Qut vurğulayıb: “İyirmi dörd il keçib, amma Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş qanlı qırğının və soyqırımı aktının ağrısı hələ də ürəkləri göynədir. Bu qətliamın və faciənin amansız və qorxunc səhnələri Azərbaycanın qəlbinə çalın-çarpaz dağ çəkib. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraf yerlərini tərk edə bilməmiş heç bir xocalılıya aman verməyib. Xocalının mülki əhalisinin məqsədli kütləvi qırğınının səbəbi bu idi ki, onların hamısı azərbaycanlı olub. Erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklər nəticəsində 613 adam öldürülüb, 487 nəfər şikəst edilib, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar və qadınlar əsir alınaraq, görünməmiş işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar.

Tanınmış israilli jurnalist Mark Kriçevskinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə sualını cavablandıran Arye Qut qeyd edib ki, 2016-cı ilin aprel hadisələri Ermənistanın Azərbaycanla sülh prosesini bir daha məhv etmək istəyini nümayiş etdirib. Ermənistan böyük hərbi qüvvə və müxtəlif texnika növləri cəlb etməklə, Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən qoşunların təmas xəttində hərbi provokasiyalar törədib. A.Qut deyib: “Ermənistan silahlı qüvvələri aprelin 2-nə keçən gecədən başlayaraq, Azərbaycanın kənd və qəsəbələrini toplardan və pulemyotlardan atəşə tutub, hərbi mövqelərinə ardıcıl zərbələr endirib. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, mövcud status-kvo ilə heç vaxt razışlaşmayacaq. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyi və öz mövqelərini qorumaq məqsədi ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib. Bu qısamüddətli müharibə nəticəsində Azərbaycan öz ərazilərinin bir hissəsini azad edib, Ermənistanı geri çəkilməyə məcbur edib. Beynəlxalq təşkilatların işğal olunmuş əraziləri tərk etmək barədə aydın və sərt çağırışlarına baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşi davam etdirir və hər hansı atəşkəs cəhdini pozurlar. Son hadisələr, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin provokasiyaları və onlara endirilən sarsıdıcı cavab zərbəsi bir daha sübut etdi ki, rəsmi Yerevan anlamalıdır: əgər əvvəllər Azərbaycanın səbir kasası dolmuşdusa, indi artıq daşıb”.

İsrailli analitik qeyd edib ki, aprel döyüşləri hazırda Azərbaycan Ordusunun Cənubi Qafqazda istənilən tapşırığı yerinə yetirməyə qadir olan ən güclü ordu olduğunu göstərib. Arye Qut vurğulayıb: “Beynəlxalq norma və prinsiplər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır. Hər halda bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan bir ölkədir. O, öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyir. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində “güclü iqtisadiyyat - güclü dövlət” və “güclü ordu - güclü dövlət” prinsipi təmin edilir”.

Arye Qut qeyd edib ki, Cənubi Qafqazın geosiyasi və geoiqtisadi proseslərinin lideri kimi Azərbaycan cəmi 25 ildə nəhəng beynəlxalq neft, qaz və nəqliyyat layihələrini həyata keçirib, böyük uğurlara və inkişafa nail olub. İsrailli ekspert bildirib: “Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində mühüm geosiyasi və geoiqtisadi rol oynayıb. İsrail Azərbaycan neftini bu kəmər vasitəsilə satın alır. Çox perspektivli Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi də var. Başqa sözlə, bu gün Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil”.

Azərbaycanın əzəli torpaqlarının 20 faizini işğal etmiş Ermənistanla uzun illər müharibə vəziyyətində olduğunu vurğulayan A.Qut deyib: “İkili standartlardan əziyyət çəkən, çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşən Azərbaycan Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə baxmayaraq, sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir.

Azərbaycandakı yəhudi icması bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün istər millətlərarası, istərsə də dinlərarası münaqişələrin alovlandığı bu təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı yaşadığı sabitlik və əmin-amanlıq adasıdır. Bütün dünya aydın şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqət və qayğıkeşliklə yanaşır, səmimi münasibət bəsləyir ki, bunun da dünyada presedenti yoxdur. Biz, əslən Azərbaycandan olan yəhudilər fəxr edirik ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və yəhudilər heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər”.

“Birinci radio”nun daimi şərhçisi Arye Qut Mark Kriçevskinin İsrail-Azərbaycan münasibətlərinin Ermənistan tərəfindən tənqidə məruz qalması barədə sualına cavab olaraq qeyd edib ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur.

İsrailli analitik qeyd edib: “Şübhəsiz ki, İsrail və Azərbaycan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə bu ölkədə antisemitizmin heç vaxt olmadığına görə deyil. Rəsmi Bakı başqa ölkələrdə də antisemitizmin bütün təzahürlərini dəfələrlə pisləyib və pisləyir. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycanın da kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək olar. Eyni zamanda, hər iki ölkə təhsil, humanitar və mədəni layihələri təşviq edirlər. Ermənistanın tənqidinə gəlincə, zənnimcə, Azərbaycan və İsrail dostlarını və tərəfdaşlarını özləri seçir və hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini də məhz özləri müəyyən edirlər. Buna heç kimin müdaxilə etmək hüququ yoxdur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “Birinci radio”nun daimi şərhçisi, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut müsahibəsini belə yekunlaşdırıb: “İsrail ilə Azərbaycan, eləcə də Azərbaycan müsəlmanları ilə yəhudilər arasında münasibətlər yalnız qarşılıqlı maraqla izah edilə bilməz. Bu gün müasir Azərbaycan-İsrail münasibətlərinə ümumi dəyərlər və ortaq tarix nüfuz edir. Bəşəri münasibətlərin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Bundan başqa, Azərbaycanda müsəlmanlarla yəhudilərin qardaş kimi dinc yanaşı yaşaması, bir-birinə ortaq tarix və tale ilə həmişəlik bağlı olması hazırda çox aydın və aşkar görünür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib