İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
İstanbul, 1 may, AZƏRTAC
İstanbulun Taksim meydanında 1977-ci ildə qeyd edilən 1 May - Zəhmətkeşlər Bayramı zamanı baş verən qarşıdurma nəticəsində həyatını itirənlərin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Hak-İş Konfederasiyası İcraiyyə Komitəsi tərəfindən keçirilən tədbirdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Meydanda yerləşən “Taksim Respublika Abidəsi” önünə gül dəstələri və çələng qoyulub.
Anım mərasimində çıxış edən Konfederasiyanın rəhbəri Mahmut Arslan COVID-19 pandemiyası səbəbindən ölkədə tətbiq edilən məhdudiyyətlər səbəbindən mərasimin hər il olduğundan fərqli şəkildə keçirildiyini, lakin hadisə qurbanlarının xatirələrinin türk xalqının qəlbində daim yaşadığını bildirib. Qeyd edilib ki, həmin gün törədilən təxribatlar nəticəsində baş verən qanlı hadisənin səbəbkarları hələ də cəzalandırılmayıb.
Qeyd edək ki, 1977-ci il mayın 1-də İstanbulun ən məşhur bölgələrindən birində bir qrup insanın təxribatları nəticəsində qarşıdurma yaranıb. Nəticədə 34 nəfər həlak olub, 136 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]