İstanbulda FETÖ terror təşkilatının daha bir üzvü ələ keçirilib
İstanbul, 4 may, AZƏRTAC
FETÖ terror təşkilatının qondarma “Afrika qolu”nun qurucusu və rəhbəri İbrahim Tatar İstanbulda saxlanılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, terrorçu İstanbul Polis İdarəsinin kəşfiyyat və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində şəhərin Ümraniyə bölgəsində evdə ələ keçirilib.
Onun FETÖ-nün kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdiyi müəyyən olunub.
Şübhəli şəxsin yaşadığı evdə axtarış aparılan zaman dörd mobil telefon, yaddaş kartları və təşkilata aid çoxlu sayda yazılı və rəqəmsal material ələ keçirilib.
Təhqiqat davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]