“İstedad sorağında-3” rəsm müsabiqəsi davam edir
Bakı, 6 mart, AZƏRTAC
Bakı Xətai Sənət Mərkəzi tərəfindən elan edilən “İstedad sorağında-3” adlı rəsm müsabiqəsi davam edir.
Sənət mərkəzindən AZƏRTAC-a məlumat verilib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşdırılan müsabiqə istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, habelə yetişməkdə olan nəslin təsviri sənətə marağının artırılması məqsədi daşıyır. Müsabiqə 16-29 yaşarası gənclər arasında keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini aprelin 30-dək [email protected] elektron ünvanına göndərə bilərlər.
Qeyd edək ki, müsabiqənin informasiya dəstəkçiləri sırasında AZƏRTAC-da var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]