DÜNYA
İsveçdə avtomobil sürücülərinin sərxoşluq vəziyyətini avtomatik yoxlayan sisteminin tətbiqi üzrə plan hazırlanıb
Stokholm, 6 sentyabr (AZƏRTAC). İsveçdə avtomobil sürücülərinin sərxoşluq vəziyyətini avtomatik yoxlayan sistemin tətbiqi üzrə plan hazırlanıb.
AZƏRTAC xəbər verir ki, plana əsasən, sürücü şlaqbauma quraşdırılan alkotesterin lüləyinə nəfəs verir. Bundan sonra həmin cihaz sürücüdə sərxoşluq aşkar etməsə şlaqbaun açılır. Bu sistemin sınağı İsveçin Göteborq şəhər limanının çıxacağında aparılıb.
Əvvəllər bu cür aparatların yalnız limanlarda və ya yük avtomobil parklarının çıxışlarında quraşdırılması nəzərdə tutulurdusa, indi bu sistem İsveçin əsas yollarında hərəkətlərə nəzarət edən məntəqələrdə də tətbiq olunacaq.
Alkotester mənfi siqnal çalınandan sonra təşviş siqnalı polis idarəsinə ötürüləcək və sürücünün sərxoş olub-olmamasını aydın etmək üçün dərhal polis gələcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [18:29]
Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub
- 01.06.2024 [16:19]
Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub
- 01.06.2024 [14:08]
Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb
- 01.06.2024 [14:07]
“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib
- 01.06.2024 [13:51]
“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək
- 01.06.2024 [13:37]
Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib
- 01.06.2024 [13:10]
Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb
- 01.06.2024 [12:53]
İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır
- 01.06.2024 [12:40]