İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MORİTS LOYENBERGERƏ
Ölkənizin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Azərbaycan-İsveçrə münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dostluq və əməkdaşlığımız, qarşılıqlı əlaqələrimiz xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 iyul 2006-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]