İtaliya hökuməti 1 avrodan başlayan qiymətlərlə ev satışını bərpa edib
Roma, 12 iyun, AZƏRTAC
İtaliya hökuməti yenidən 1 avrodan başlayan qiymətlərlə ev satışını bərpa edib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın cənub bölgəsindəki bələdiyyələr evləri yenidən 1 avroya satır. Məqsəd isə həmin ərazilərdə demoqrafik göstəriciləri yüksəltməkdir.
Son illərdə İtaliyanın cənub bölgəsindəki şəhərlərdə yaşayan əhali sürətlə ya şimala, ya da həyat səviyyəsi daha yüksək olan digər ölkələrə köçür. Qalan yaşlılar da vəfat etdikdən sonra onların evləri baxımsızlıqdan dağılmağa başlayır.
Yerli hökumət nümayəndələri baxımsız qalmış evlərə yeni sahiblər tapmaq üçün bütün gücünü səfərbər edib və onları simvolik qiymətlərə satır. Qeyd etmək lazımdır ki, evlərin yeni sahibləri yalnız bir şərt yerinə yetirməli - üç il ərzində binanı təmir etməlidirlər. Bu baş verməsə, evin yeni sahibini 20 min avro cərimə gözləyir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]