İTALİYA RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB ROMANO PRODİYƏ
Hörmətli cənab Sədr,
İtaliya futbolçularının başa çatmış dünya birinciliyində möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizə, dost İtaliya xalqına təbriklərimizi yetiririk.
Bu unudulmaz anlarda sevincinizə qoşulur, çempionatın bütün oyunlarında böyük əzmkarlıq və yenilməz iradə nümayiş etdirmiş İtaliya futbolçularını ürəkdən təbrik edir, onlara bundan sonra da uğurlar arzulayırıq.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
10 iyul 2006-cı il.