RƏSMİ XRONİKA
İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Ciorcio Napolitanoya
Hörmətli cənab Prezident,
İtaliya Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-İtaliya münasibətləri, siyasi, iqtisadi və mədəni əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Qarşılıqlı maraq doğuran bir çox sahələrdə ikitərəfli qaydada əməkdaşlığımız Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində öz formatını daha da genişləndirir.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 may 2012-ci il