RƏSMİ XRONİKA
İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Ciorcio Napolitanoya
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir.
İnanıram ki, ikitərəfli qaydada, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 may 2013-cü il.