İTALİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORCİO NAPOLİTANOYA
Hörmətli cənab Prezident,
İtaliya futbolçularının dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün İtaliya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq, öz azarkeşlərinə hədsiz sevinc payı bəxş etmiş İtaliya futbolçularına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyur, onlara bu yüksək adı şərəflə daşımağı arzulayırıq.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
10 iyul 2006-cı il.