İTALİYA SENATI FUTBOL OYUNLARINDA TƏHLÜKƏSİZLİK QAYDALARINI SƏRTLƏŞDİRİR
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, İtaliya parlamentinin yuxarı palatası futbol görüşləri keçirilərkən təhlükəsizliyin təmin olunması üçün daha ciddi qaydalar nəzərdə tutulan qanun layihəsini dəstəkləmişdir. 265 senatorun 244-ü onun lehinə səs vermişdir.
Bu qanunun qəbul edilməsinə Siciliyanın Kataniya şəhərində eyniadlı yerli klubla “Palermo” komandası arasında görüşdə baş vermiş faciəli hadisələr səbəb olmuşdur. Oyun qurtardıqdan sonra stadionda törədilən iğtişaşlar zamanı bir polis nəfəri ölmüş, yüzədək adam, o cümlədən hüquq mühafizə orqanlarının 20 əməkdaşı xəsarət almışdır.
Yeni qanun təhlükəsizlik normalarına cavab verməyən stadionlarda görüşləri tamaşaçılarsız keçirməyi tələb edir, habelə oyunlara başqa şəhərlərdən gələn azarkeşlərə bilet blokları satılmasına qadağa qoyur. Qanun oyunlar zamanı asayişi pozanların ciddi surətdə cəzalandırılmasını nəzərdə tutur və polisə qabaqlayıcı tədbirlər görmək, o cümlədən futbol divanələrinin radikal qruplaşmalarının üzvlərini stadiona buraxmamaq ixtiyarı verir.
Qanun layihəsi bundan əvvəl İtaliya parlamentinin aşağı palatası tərəfindən dəstəklənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]