İtaliya Suriyadan sığınacaq tələbləri ilə bağlı prosesləri dayandırmağa qərar verib
Roma, 10 dekabr, AZƏRTAC
İtaliya Nazirlər Şurasında Suriyadakı mövcud vəziyyətlə bağlı iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin sədrliyi ilə keçirilən iclasda Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, müdafiə naziri Quido Krosetto, daxili işlər naziri Matteo Piantedosi, təhlükəsizlik xidmətlərinin və məxfi qurumların rəhbərləri iştirak ediblər.
Toplantıda Suriyadakı mövcud vəziyyət, onun ilkin nəticələri və bununla bağlı qəbul ediləcək qərarlar müzakirə olunub. Suriyanın bəzi bölgələrində döyüşlərin hələ də davam etdiyi bir vaxtda mülki əhalinin təhlükəsizliyinin mütləq prioritet olduğu, dinc və əhatəli keçidin təmin edilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, bu ölkədəki İtaliya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və bütün azlıqların qorunmasının vacibliyinə xüsusi diqqət yetirilib.
İclasda İtaliya hökuməti digər Avropa ölkələri kimi Suriyadan sığınacaq tələbləri ilə bağlı prosesləri dayandırmaq barədə qərar qəbul edib. Həmçinin Dəməşqdə diplomatik fəaliyyətin davam etdirilməsinə qərar verilib.
Bildirilib ki, İtaliya hökuməti regional, Avropa və G7 tərəfdaşları ilə sıx təmasda olmaqla Suriyadakı vəziyyəti yaxından izləməyə davam edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]