İtaliya və Misir şirkətləri Aralıq dənizində neft-qaz axtaracaq
Bakı, 17 may, AZƏRTAC
İtaliyanın “Eni” və Misirin “Tharwa” şirkətləri arasında Aralıq dənizində neft və qaz kəşfiyyatı ilə bağlı 105 milyon dollarlıq müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin neft naziri Tarek El-Molla deyib. Müqaviləyə əsasən, “Eni” və “Tharwa” növbəti 6 il ərzində 2 yeni quyunun qazma işlərini həyata keçirəcək. Misir Parlamenti müqaviləni təsdiq etdikdən sonra kəşfiyyata başlanılacaq.
Misir 2019-cu ildən təbii qaz idxalına son qoymağa və qaza olan tələbatı yerli ehtiyatlar hesabına ödəməyə çalışır. Nazir 2018-2019-cu maliyyə ili ərzində ölkənin neft-qaz sektoruna 10 milyard dollar xarici investisiya cəlb etmək niyyətində olduqlarını bildirib.
Qeyd edək ki, “Eni” şirkəti Misirin Aralıq dənizi sularında ən böyük qaz yatağı olan “Zohr”un kəşfi ilə məşhurlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]