İtaliyada fermerlər etiraz aksiyaları keçirir
Roma, 31 yanvar, AZƏRTAC
İtaliyada fermerlər Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə etirazlarını bildirirlər.
AZƏRTAC xəbər verir ki, aksiyalar çərçivəsində fermerlər iki gündür 300-dək traktoru Milan şəhəri yaxınlığında yol kənarında saxlayıb, “Fermer yoxdur, yemək yoxdur”, “Biz bütün Avropanı bloklamağa hazırıq” kimi şüarlar yazılmış plakatlar qaldırıblar.
Aksiyalar əsasən kənd təsərrüfatı siyasətinə, xüsusilə Avropa İttifaqının “Yaşıl müqavilə” proqramına etiraz məqsədilə təşkil olunur. Fermerlər aqrar sektora tətbiq olunan vergilərə etirazlarını bildirib, sintetik qidaların istehsalına qarşı daha sərt qadağaların qoyulmasını tələb ediblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]