İtaliyada silahlı insident nəticəsində 7 nəfər yaralanıb
Roma, 31 yanvar, AZƏRTAC
İtaliyanın Sardiniya adasının Sassari şəhəri yaxınlığında hərəkətdə olan zirehli yük avtomobilinə silahlı hücum edilib.
AZƏRTAC xəbər verir ki, atışma zamanı iki mühafizəçi və bir silahlı şəxs yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Səkkiz silahlı şəxs daha sonra avtomobil yolunu bağlayıb, bəzi maşınları yandırıb. Hadisə nəticəsində xəsarət alan yeddi nəfər xəstəxanaya yerləşdirilib. Silahlı şəxslərin üçünün hadisə yerindən qaçdığı bildirilir.
Yol hər iki istiqamətdə bağlanıb və nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib. Təhlükəsizlik qüvvələri yollarda çoxsaylı nəzarət-buraxılış məntəqələri qurub.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]