Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyalı tədqiqatçı: Multikulturalizm Azərbaycanın timsalında hələ də yaşayır

İtaliyalı tədqiqatçı: Multikulturalizm Azərbaycanın timsalında hələ də yaşayır

Bakı, 16 noyabr, AZƏRTAC

Beynəlxalq Multikulturalizm Şəbəkəsinin İtaliyadakı nümayəndəsi, Padova Universitetinin tədqiqatçısı doktor Asessio Stilonun http://foreignpolicynews.org/  saytında “Multikulturalizm hələ də yaşayır” sərlövhəli məqaləsi dərc edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan tarixən tolerantlığı, eləcə də etnik və mədəni rəngarəngliyi ilə seçilən bir ölkə, atəşpərəstliyin vətəni, Qafqazda xristianlığın ilk məskəni, İslam dininin yayıldığı və müxtəlif etnik qrupların sülh şəraitində birlikdə yaşadıqları məkan kimi təqdim olunur.

Müəllif yazır: “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və Azərbaycan xalqının həyat tərzinə çevrilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu siyasətin həyata keçirilməsi ilə bağlı Sərəncamın imzalanması bir daha göstərir ki, Azərbaycan tolerantlıq və sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verir.

Multikulturalizm Şərqi Avropa və Qərbi Asiyanın qovşağında, müxtəlif dinlərin və xalqların birgə yaşadığı Azərbaycanda xarici siyasətin mühüm strateji amilinə çevrilib. Ölkə rəhbərliyi multikulturalizm və tolerantlıq ənənələrinin daha da möhkəmlənməsi və inkişaf etdirilməsi üçün zəruri siyasi və sosial şərait yaradıb. Tarixən, bir çox etnik və dini qrupların nümayəndələri Səfəvilər dövründən başlayaraq, XIX-XX əsrlərdə, eyni zamanda, SSRİ dövründə də birgə yaşayıblar. Müasir Azərbaycan 1918-ci ildə müsəlman ölkələri arasında ilk demokratik respublika, 1919-cu ildə isə qadınlara ilk dəfə seçki hüququ verən və müxtəlif mədəniyyətlər arasında birgəyaşayışın modeli olan dövlətdir. Dünyanın ən qədim məscidlərindən biri, 743-cü ilə aid məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Şəkidəki Qafqaz Albaniyasında ən qədim kilsə, Bakının yaxınlığında yerləşən Zərdüştlük məbədi də qeyd edilməlidir. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri tarixən Azərbaycanda məskunlaşıb və Azərbaycan müxtəlif dinlər arasında birgəyaşayış modeli hesab edilir.

Azərbaycanda dövlət qeydiyyatından keçmiş müsəlman və qeyri-müsəlman icmaları fəaliyyət göstərir. 1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirilmiş Jen Mironosets kilsəsinin binası 1991-ci ildə Rusiya Pravoslav Kilsəsinə verilib. 2001-ci ilin mayında Azərbaycanda səfərdə olmuş bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə kilsə statusu verib. Hazırda Bakıda üç, Gəncədə və Xaçmazda bir Rus Pravoslav Kilsəsi fəaliyyət göstərir. Katolik icması 1999-cu ildə qeydiyyatdan keçib. Dini mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş bina 2000-ci ildə kilsə kimi fəaliyyətə başlayıb. Roma katolik kilsəsi Azərbaycan hökuməti və Vatikan arasında razılaşmaya əsasən 2007-ci ildə Bakıda inşa edilib. 2500 ildən də çox müddətdə Azərbaycanda məskunlaşmış yəhudilər heç vaxt dini dözümsüzlük və ya ayrı-seçkiliyə məruz qalmayıblar. Hazırda altı yəhudi icması qeydiyyatdan keçib və ölkədə yeddi sinaqoq fəaliyyət göstərir.

Azərbaycan dünya mədəni irsinə töhfə verir. Roma katakombaları, Strasburq Kafedral kilsəsinin vitrajları, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”, Parisdə Luvr Muzeyi, Bolqarıstan “Trapezitsa” Memarlıq Muzeyi və bir çox başqa tarixi abidələrin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş konservasiya və bərpa işlərini qeyd etmək olar.

Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasəti səviyyəsində inkişafı ölkənin qədim dövlətçilik tarixinə və ənənələrinə əsaslanır. Hazırda bu sahədə həyata keçirilən siyasət Azərbaycan Respublikasının Konstitusiyası, hüquqi aktlar, fərmanlar və sərəncamlarda öz əksini tapıb. Bu konsepsiyanın həyata keçirilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində qeyd edilir ki, hər kəsin hər hansı dini seçmək, etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək və dinə münasibətini bildirmək hüququ vardır. Bundan başqa, “Dini etiqad azadlığı” haqqında qanuna (1992-ci il) əsasən hər kəsin öz dini etiqadını və əqidəsini ifadə etmək hüququ var. Konstitusiyanın 18-ci maddəsinin bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Qeyd olunan qanunvericilik aktları Azərbaycanın həm de-yure, həm də de-fakto dünyəvi dövlət olduğunu göstərir”.

Dövlətin maliyyə dəstəyi nəticəsində ölkədə çox sayda milli mədəni mərkəzlərin fəaliyyət göstərdiyini qeyd edən məqalə müəllifi “Birlik cəmiyyəti”, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail cəmiyyəti, kürd mədəniyyət mərkəzi - “Ronai”, “Samur” ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-Tatar icması, “Tuqan-tel” tatar mədəniyyət cəmiyyəti, gürcü icması, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, ingiloy icması, çeçen mədəniyyət mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, talış mədəniyyət mərkəzi, avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, yəhudilərin qadın humanitar assosiasiyası və digər mədəniyyət mərkəzlərinin adlarını çəkir. Məqalədə bildirilir ki, milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Eyni zamanda, dövlət milli azlıqların dilində jurnal, radio və televiziya proqramları üçün də imkanlar yaradır.

Bakı Beynəlxalq Humanitar Forumundan başlayaraq son illər Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini vurğulayan Asessio Stilon yazır: “2011-ci ildən başlayaraq paytaxt Bakıda keçirilən forumların məqsədi aktual qlobal humanitar problemlərin elm və mədəniyyət xadimləri tərəfindən müzakirəsi üçün beynəlxalq platforma yaratmaqdır. Bu forumlarda dövlət və ictimai xadimlər, görkəmli alimlər, o cümlədən Nobel mükafatı laureatları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər fəxri qonaqlar iştirak edirlər. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO ilə əməkdaşlıq çərçivəsində 2011-ci ildən Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. “Bakı prosesi” kimi tanınan bu təşəbbüs sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq və inklüziv əlaqələr üçün şərait yaratmaq iqtidarında olduğunu təsdiqləyən ölkə kimi tanınır. Eyni zamanda, “Bakı-2015” ilk Avropa Oyunları keçirilib və 2017-ci ildə bu şəhər İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Müxtəlif mədəniyyət və dinlərə mənsub insanlar arasında qarşılıqlı hörmət, dini ekstremizmin aradan qaldırılması, mədəni müxtəlifliklərə dəstək və inklüziv cəmiyyətlərdə birgəyaşayış məqsədini daşıyan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu cari ilin aprelində Bakıda keçirilib”.

İtaliyalı tədqiqatçı vurğulayır ki, 2014-cü ildə ölkədə etnik, dini və mədəni müxtəlifliyin qorunmasına xidmət edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanın multikulturalizm modelinin dünyaya tanıdılması, mövcud multikultural modeli təşviq etmək və bu sahədə tədqiqatlar aparmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin önəmli layihələrindən biri də “Azərbaycan Multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədris edilməsidir. Layihə çərçivəsində bu fənn Roma Sapienza Universiteti, Praqada Çarles Universiteti, İsveçrə Friburg Universiteti, Rusiya, Gürcüstan və İndoneziyanın yüksək reytinqli universitetlərində tədris edilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən multikulturalizm ili çərçivəsində Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri və praktiki biliklərini dərinləşdirmək istəyən tələbə və tədqiqatçılar üçün hər il Yay və Qış Məktəbi təşkil olunur.

Məqalədə qeyd edilir ki, 2016-cı ilin oktyabrında Bakıda səfərdə olan Roma Papası Fransisk Prezident İlham Əliyevlə rəsmi görüşündən sonra Azərbaycanı dini tolerant ölkə kimi qiymətləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ