Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan – nikbinliklə dolu ölkə

Azərbaycan – nikbinliklə dolu ölkə

Bakı, 9 fevral, AZƏRTAC

Multikulturalizmin Azərbaycan modeli çoxkonfessiyalı və polietnik cəmiyyətin ahəngdar həyatını tənzimləyən universal və funksional alqoritm kimi dünyada getdikcə daha çox tanınır. Müxtəlif ölkələri təmsil edən insanların Azərbaycan cəmiyyətinin multikultural mühiti ilə tanış olduqdan sonra gördüklərini müasirləri ilə paylaşmağı özlərinə mənəvi borc saymaqla göstərdikləri könüllü təşəbbüs buna sübutdur. Müsbət təcrübəni yaymaq üçün bu insanlar daha çox sözün gücündən istifadə edir, mediada çıxışları vasitəsilə müasir Azərbaycanın həyatı haqqında həqiqətləri, titullu millətlə bərabər şərtlərdə bütün azlıqların öz ənənəsini, dilini və dinini qoruyub saxlaması sahəsində mədəni plüralizm sisteminin yaradılması kimi faydalı təcrübəni oxuculara çatdırır.

Son zamanlar Bakını ziyarət edən ABŞ-dan olan müstəqil jurnalist Nyurit Qrinqer Azərbaycanın keçmişi və buğunu, inamla öz gələcəyini yaradan ölkənin zəngin etnik-dini kompozisiyası haqqında çoxlu material toplayıb. O, şəxsi müşahidələrinin nəticələrini öz ölkəsindəki “News Blaze” portalında yerləşdirdiyi məqalədə əks etdirib. https://newsblaze.com/world/israel/azerbaijan-branches-its-intercultural-multiculturalism-mindset_125422/  

AZƏRTAC bu məqaləni oxucuların diqqətinə çatdırır.

Azərbaycan öz mədəniyyətlərarası-multikultural düşüncə tərzini paylaşır

Azərbaycan Sovet İttifaqının tərkib hissəsi olub və 1991-ci il avqustun 30-da sovet əsarətindən qurtulduğunu bəyan edib. Əslində ilk dəfə 1918-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti ilk demokratik müsəlman dövləti olub. Müstəqilliyini iki ildən sonra itirən Azərbaycan 1922-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası adı ilə Sovet İttifaqının tərkibinə daxil edilib.

Müasir Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini 1991-ci il oktyabrın 18-də - Azərbaycan Ali Sovetinin dövlət müstəqilliyi haqqında Bəyannaməsi ilə elan edib. 1991-ci il dekabrın 26-da SSRİ-nin rəsmi süqutunadək həmin ay keçirilən ümumxalq referendumunda bu Bəyannamə təsdiq edilib. Amma azərbaycanlılar müstəqil respublikada yaşamağa 1991-ci ilin sentyabrından - Qarabağ müharibəsi başlandığı vaxtdan düşüncəli şəkildə köklənmişdilər. Ermənistan tanınmış sərhədləri və Azərbaycanın suverenliyini pozaraq Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayona təcavüzkar hərbi nəzarəti ələ keçirmişdi. Beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan bu regionlar problemin həllini - BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycandan çıxarılmasına dair 4 qətnaməsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun vasitəçiliyi ilə icra edilməsini ümidlə gözləyirlər.

Hər halda, nəticəsiz diplomatik səylərin, öz evlərini tərk etməyə məcbur edilmiş və Azərbaycan hökuməti tərəfindən respublikanın digər regionlarında yerləşdirilmiş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün, habelə bu ədalətsizlikdən əziyyət çəkən əhalinin ağrı-acısına rəğmən Azərbaycan bütün vətəndaşlarını əhatə edən və yaxşı tanınan tolerantlıq, dinc yanaşı yaşama yoluna davam edir.

Bu, Azərbaycanda multikulturalizm adlanır, mən isə bunu interkulturalizm kimi səciyyələndirirəm. İnsanlar cəmiyyətdə bir çox özünəməxsus mədəni və etnik qrupların varlığını və dəstəklənməsini xarakterizə edən müasir sosial termin - multikulturalizm ilə daha çox tanışdırlar.

Azərbaycanda olarkən, mən bu ölkədə interkulturalizmin birləşdirici amilini aydın şəkildə görürəm; interkulturalizm mədəniyyətlərarası dialoqun dəstəklənməsi, mədəniyyətlərdə seqrasiya meyillərinə çağırışdır. Bu, cəmiyyətdə uğurla birgə yaşayan mədəniyyətlərin rəngarəngliyinə dair multikultural faktın passiv qəbul edilməsi çərçivəsini aşmaq, dialoqu gücləndirmək və mədəniyyətlərin qarşılıqlı fəaliyyətini təmin etməyi ehtiva edir.

İslam haqqında düşünürkən...

İnsan müsəlman ölkəsi haqqında düşündükdə təsəvvüründə mütləqiyyət, insan haqları və azadlıqlarının pozulması, sosial narazılıq və zorakılıq, daxili mübarizə və öz həyatı üçün təhlükə canlandırır. Lakin bu, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycana qətiyyən aid deyil.

Mən, yəhudi qadın kimi Azərbaycanı ziyarət edəndə müsəlmanlar tərəfindən hər hansı qərəz axtarırdım. Lakin heç nə tapa bilmədim. Bunun əvəzinə mən səbirli, tərbiyəli, açıq və qonaqpərvər insanlarla qarşılaşdım. Gənc ölkə əlindən gələn hər şeyi edir ki, köhnə nəslin alışdığı kommunist düşüncə tərzindən qurtulsun, liderlik estafetini ölkəni bütün aspektlər üzrə böyük zirvələrə aparan yüksək təhsilli, mütərəqqi düşüncəli gənclərə versin.

Azərbaycan - nikbinliklə dolu ölkə

Nikbinlik Azərbaycanda özünü insanların yaxınlarına həssas münasibətində büruzə verir.

Neftlə zəngin ölkə olmasına baxmayaraq, bu, Azərbaycanın əsas sərvəti deyil. Ölkənin başlıca sərvəti mənim təkidlə interkulturalizm adlandırmağa çağırdığım, gündəlik həyat tərzi olan multikulturalizmdir.

Azərbaycan paytaxtına səfərim zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi baş çəkdiyim əsas yerdir. Bu mərkəzin dünyanın bir çox ölkəsində filialları fəaliyyət göstərir. Növbəti filial bu ay, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda Qarşılıqlı Anlaşma Memorandumunun rəsmi imzalanması mərasimindən sonra fəaliyyətə başladı. Azərbaycanda 28 etnik qrup harmoniya şəraitində yaşayır, üç monoteist din - İslam, yəhudi dini, xristianlıq qeyd-şərtsiz olaraq bir-birinə hörmətlə yanaşır. Həqiqətdə, dinc yanaşı yaşamaq, bir-birini qəbul etmək və hərtərəfli vəhdət Azərbaycanın bütün dünyaya yaydığı yeni dinidir. Ölkə tolerantlıq məsələlərinə dair ardıcıl dialoqu nəzərdə tutan öz mədəniyyətlərarası platformasının, konfessiyalararası etimad və harmoniyanın daşıyıcısı, missioneridir. Azərbaycanda hesab edirlər ki, bu, əmin-aman dünyaya aparan yoldur.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində ümumi seçki hüququ həyata keçirilib. Bu, Azərbaycanı qadınların azad olduğu və onlara seçki hüququ verildiyi ilk müsəlman ölkəsi etdi.

Amerikan qadınlarına səsvermə hüququ verən və “Qadınların Seçki Hüququ” adı ilə tanınan ABŞ Konstitusiyasına 19-cu Əlavə 1920-ci il avqustun 18-də ratifikasiya olunub.

Əgər Azərbaycanda qadınlara seçki hüququ dünyanın ən azad ölkəsi kimi tanınan ABŞ-dan tez verilibsə, təsəvvür edirsinizmi ki, bu açıq cəmiyyəti gələcəkdə nələr gözləyir?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq