JAK ROQQE: “FUTBOLÇULARA OLİMPİYA ARZULARINI HƏYATA KEÇİRMƏYƏ İMKAN VERMƏK LAZIMDIR”
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe ümid edir ki, İdman Arbitraj Məhkəməsinin (CAS) klublara yaşı 23-dən az olan futbolçuları Oyunlara buraxmamağa icazə verməsinə baxmayaraq, Pekində keçiriləcək futbol turniri bir çox oyunçulardan məhrum olmayacaqdır.
FİFA-nın prezidenti Zepp Blatter etiraf etmişdir ki, İdman Arbitraj Məhkəməsinin qərarı Pekində keçiriləcək futbol oyunlarına ciddi təsir göstərə bilər. Xatırladaq ki, CAS-ın qərarı ilə klublar yaşı 23-dən az olan futbolçuları Oyunlara buraxmaya bilərlər, çünki Olimpiya turniri oyunların rəsmi təqviminə daxil deyildir.
Blatter BOK-un iclasında demişdir: “CAS-ın qərarı məni çox təəccübləndirdi. İndi futbolçularını Pekinə göndərmiş klublar onların geri qayıtmasını tələb edə bilərlər. Əgər bu, baş verərsə, futbol turniri ləğv olunar. Klubların rəhbərləri deyə bilərlər ki, oyunçular qalsınlar, ancaq biz maliyyə kompensasiyası almalıyıq. Məgər bu, Olimpiya ruhuna uyğundurmu? Olimpiadanın başlanmasına bir gün qalmış futbolçuların yığma komandaları tərk etməsinə imkan vermək olmaz. Bu, turnirin keçirilməsini təhlükə qarşısında qoyar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]