JAK ŞİRAK 44-CÜ BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI SƏRGİSİNƏ BAXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransa Prezidenti Jak Şirak Parisdə 44-cü Beynəlxalq kənd təsərrüfatı sərgisinin açılış mərasimində iştirak etmişdir.
1970-ci ildə ölkənin kənd təsərrüfatı naziri vəzifəsində çalışmış respublika Prezidenti sərginin ayrı-ayrı salonlarını gəzərək, müxtəlif eksponatlara baxmış, heyvandarlıqla məşğul olan fermerlərlə və sərgi iştirakçıları ilə söhbət etmişdir.
Sərgi ilə tanışlıqda Jak Şirakı kənd təsərrüfatı naziri və ölkənin digər rəsmi şəxsləri müşayiət etmişlər.
130 min kvadratmetr sahəni əhatə edən sərgidə fermerlərin bəslədiyi 3800 heyvan, 1120 eksponat nümayiş etdirilir. Sərgi martın 11-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]