Kanadada hidrotəyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub
Bakı, 27 iyul, AZƏRTAC
Kanadada “Cessna 208” markalı hidrotəyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, 5 adam isə yaralanıb. AZƏRTAC Cheknews telekanalının saytına istinadla xəbər verir ki, bu məlumatı qəza yerində əməliyyat aparan xilasedicilər və tibb personalı verib.
Məlumatda deyilir ki, insident ölkənin Britaniya Kolumbiyası adlanan ərazisində baş verib. Çarter hidrotəyyarəsi Kalvert adasına uçmaq üçün Vankuver şəhərindən havaya qalxıb və Addenbrok adasında qəzaya uğrayıb. Yaralılardan ikisinin vəziyyətinin ağır, digər üçünün isə sabit olduğu bildirilir. Hadisə yerində xilasedicilər və bir neçə təcili tibbi yardım maşını işləyir. Həmçinin əraziyə helikopter və iki sahil təhlükəsizlik kateri cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]