KANADANIN GENERAL-QUBERNATORU ZATİ-ALİLƏRİ XANIM MİŞEL JANA
Hörmətli xanım General-qubernator,
Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizi və dost Kanada xalqını öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında yaranmış münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost ölkənizə sülh və çiçəklənmə diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyun 2006-cı il.--
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]