Karate1 Seriya A turniri: İdmançılarımız bürünc medal uğrunda həlledici görüşə çıxacaqlar
Bakı, 20 noyabr, AZƏRTAC
Karateçilərimizin İndoneziyanın paytaxtı Cakartada Karate1 Seriya A turnirində çıxışı davam edir.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Ayxan Mamayev (84 kq), Mədinə Sadiqova (55 kq) və Renata Ərəbli (61 kq) bürünc medalı uğrunda həlledici görüşə çıxacaqlar.
Üçüncü yer uğrunda M.Sadiqova Yaponiya, R.Ərəbli Taypey, A.Mamayev isə İran idmançısı ilə qarşılaşacaq.
Turnir noyabrın 20-də başa çatacaq.
Mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi qüvvəsini sınayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [19:59]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:46]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:18]
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO
- 05.06.2026 [18:52]